Lənkəranda zavodun ərazisində gözətçinin meyiti tapılıb

Lənkəranda zavodun gözətçisinin meyiti aşkarlanıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə gecə saatlarında olub.

Lənkəran rayonu Kosalar kənd sakini 1993-cü il təvəllüdlü Etimad Fəraqət oğlu Möhsümzadə işlədiyi asfalt zavodunun ərazisində ölüb.

Onun meyiti səhər iş yerinə gələnlər tərəfindən aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İlkin müayinə və meyitə baxış zamanı hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Müayinələrdən sonra ölümün əsl səbəbi məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir