Lənkəranda yol qəzası olub, iki qardaş xəsarət alıb

Lənkəranda yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, gecə saatlarında Lənkəran şəhərinin Heydər Əliyev prospektində 29 yaşlı Zahid Abbaszadənin idarə etdiyi “Toyota Prius” markalı avtomobil əvvəlcə qaz borusuna, daha sonra yol kənarında dayanan Fikrət Əhədova məxsus “Mercedes-Benz” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində sürücü və onun sərnişini olan qardaşı 29 yaşlı Rahib Abbaszadə xəsarət alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir