Lənkəranda yanğın hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, yanğın hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran şəhəri ərazisində yerləşən müxtəlif növ əşyaların təmiri sexində baş verib.
Dərhal əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az