Lənkəranda minik avtomobili bacı və qardaşı vurub

Lənkəranda minik avtomobili bacı və qardaşı vurub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə günorta saatlarında, rayonun Sütəmurdov kəndi ərazisində baş verib. Hərəkətdə olan “Chevrolet Cruze” markalı minik avtomobili bacı və qardaş olan 2005 – ci il təvəllüdlü X. Süleyman qızı Kərimova və 2006 – cı il təvəllüdlü H. Süleyman oğlu Kərimovu vurub. Ağır xəsarət alan bacı – qardaşa Lənkəran rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir