Lənkəranda mağazada meyit tapılıb.
Azinformasiya.az xəbər verir ki, bu gün səhər saatlarında Lənkəran şəhərinin 2 – ci mikrorayon ərazisi, Zərifə Əliyeva küçəsində mağazaların birində kişi meyiti tapılıb. İlkin məlumata əsasən, meyit Ruslan adlı şəxsə məxsusdur və o, meyvə mağazasının sahibi imiş.
Hazırda rayon hüquq mühafizə orqanları əməkdaşları hadisə yerindədir.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az