Lənkəranda meyit tapılıb

Lənkəranda kənd ərazi icra nümayəndəsinin qardaşının meyiti tapılıb.

 

Azinformasiya.az xəbər verir ki, Arzu Asəf oğlu Mirzəyevin meyiti Lənkəran rayonunun Osaküçə kəndi ərazisində aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Məlum olub ki, A.Mirzəyev iki gün əvvəl itkin düşüb. Onun itkin düşməsi barədə rayon polis şöbəsinə də məlumat verilib. İki gün axtarışdan sonra meyit, yaxınları tərəfindən kənd ərazisindən keçən çaydan, körpünün altından tapılıb.

Qeyd edək ki, meyiti tapılan Arzu Mirzəyev Osaküçə kənd ərazi icra nümayəndəsinin qardaşıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir