Lənkəranda minik maşını yanıb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib.
2005-ci il təvəllüdlü Simran Kamran oğlu Rufullayevə məxsus “Mercedes–Benz G180” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsində anidən yanğın olub.
Dərhal əraziyə FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb edilib. Görülən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az