Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Talışlı kəndi ərazisində baş verib.
Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü M.Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə FHN-in xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub və meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az