Lənkəranda evdə 50 yaşlı qadının meyiti tapılıb

Lənkəranda evdə meyit aşkarlanıb.

 

Azinformasiya.az  xəbər verir ki, gecə saatlarında Lənkəran rayonunda evlərdən birində orta yaşlı qadının meyiti tapılıb.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Meyiti tapılan qadının rayonun Bürcəli kənd sakini 1974-cü il təvəllüdlü Səidə Səfərova olduğu müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir