Lənkəranda avtomobil divara çırpılıb, xəsarət alan var

Lənkəranda minik avtomobili divara çırpılıb. Xəsarət alan var.

 

Azinformasiya.az xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran – Boradigah yolunun Veravul kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “VAZ 21015” markalı minik avtomobil idarəetməni itirərək divara çırpılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1999-cu il təvəllüdlü Elşad Qılman oğlu Musazadə təcili tibbi yardım maşını ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir