Lənkəranda ana və qızı dəm qazından zəhərlənib

Lənkəranda dəm qazından zəhərlənmə halları olub.

 

Azinformasiya.az xəbər verir ki, 1964-cü il təvəllüdlü Nayibə Bilal qızı İbrahimova və onun qızı 2003-cü il təvəllüdlü Fatimə Tofiq qızı İbrahimova dəm qazından zəhərləniblər.

Şirinsu qəsəbəsinin sakini 1987-ci il təvəllüdlü Gülarə Tofiq qızı Fətullayeva da dəm qazından zəhərlənib.

Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə çatdırılan hər üç şəxsə ilkin tibbi yardım göstərilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir