Lənkəranda ər balta ilə arvadını və özünü yaralayıb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Mamusta kəndində qeydə alınıb. Kənd sakini 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikovun əvvəlcə həyat yoldaşı, 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya, daha sonra özünə balta ilə xəsarət yetirdiyi bildirilir. Hər iki şəxs Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün qəlpəli sınığı, Ş.Məlikova isə döş qəfəsinin, boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Ş.Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az