Lənkəranda bıçaqlanma hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini 1962-ci il təvəllüdlü İbrahim Ağacan oğlu Səfərov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. İ. Səfərov əməliyyata götürülüb.
İlkin məlumata əsasən, İ.Səfərov bıçaqla özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az