Lənkəranda kişini elektrik cərəyanı vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Rayon sakini 1993-cü il təvəllüdlü Xudaverən Şükür oğlu Əlizadə balıq tutmaq üçün Girdəni kəndi ərazisində çaya gedib. Balıq tutub çayı keçərkən qırmağı yüksək gərginlikli elektrik xətlərinə toxunub. X.Əlizadə hadisə yerində ölüb.
Onun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az