Lənkəranda iki nəfər dəm qazından boğulub.
Azinformasiya.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində baş verib. Kənd sakinləri – Cəfərov Murad Aydın oğlu və onun həyat yoldaşı Cəfərova Bənövşə Abduləli qızı yaşadıqları evdə ölmüş vəziyyətdə tapılıblar. Onların dəm qazından zəhərləndikləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az