Lənkəranda ər həyat yoldaşını bıçaqlayıb, sonra özünü öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Biləsər kəndində qeydə alınıb.
Kənd sakini, 1973-cü il təvəllüdlü Məzahir Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra o, boğazını kəsərək özünü öldürüb.
Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Azinformasiya.az