Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Bolmart” supermarketinin qarşısında baş verib.
Tağı Nurəddin oğlu idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən 1963-cü il təvəllüdlü Yeganə Məmmədhəsənovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az