Kürdəmirdə yol qəzası olub, bir nəfər ölüb

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Bakı prospektində baş verib.

Belə ki, Ramin Bayramovun idarə etdiyi Canqam markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Tahir Əkbərovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü Şamaxı rayon sakini, 1953-cü il təvəllüdlü Tahir Əkbərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir