Kürdəmirdə kombaynla avtomobil toqquşub, 1 nəfər xəsarət alıb

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Kombaynla “Ford” markalı maşın toqquşub. İlkin məlumata əsasən, hadisə zamanı “Ford”un sürücüsü Göyçay rayon sakini, 1966-cı il təvəllüdlü Namiq Mahmud oğlu Həsrətov xəsarət alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir