Kürdəmirdə ev yanıb.
Azinformasiya.az xəbər verir ki, rayonun Sığırlı kənd sakini Sarvan Sərdərova məxsus evdə güclü yanğın baş verib. Hadisə nəticəsində fərdi yaşayış evi və talvarın bir hissəsi yanıb. Hadisə yerinə FHN-nin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az