Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, rayonun Bakı prospektində, 1988-ci il təvəllüdlü Asif Ziyad oğlu İsmayılov idarə etdiyi “FORD” markalı mikroavtobusla geriyə hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Asif Ağa oğlu İsrafilovu vurub.
Zərərçəkən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da o dünyasını dəyişib. Məlumata əsasən, A. İsrafilov rayon avtovağzalının müdiri vəzifəsində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az