Kürdəmirdə avtomobil 10 yaşlı piyadanı vurub

Kürdəmirdə yol qəzası olub, xəsarət alan var.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə bu gün rayon ərazisində qeydə alınıb.

Kürdəmir rayon sakini, 1996-cı il təvəllüdlü Mansur Maqsud oğlu Pənahov idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə piyada, 2015-ci il təvəllüdlü Rəvan Baxşəliyevi vurub.

Zərərçəkən müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Həkimlər R. Baxşəliyevin vəziyyətini ağır olaraq qiymətləndirirlər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir