Kürdəmirdə ağır yol qəzası olub, ölən var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Kürdəmirin Karrar qəsəbəsindən keçən hissəsində baş verib.

İmişli rayon sakini 1976-cı il təvəllüdlü Elşən Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə “Kamaz” markalı yük maşını toqquşub.

Nəticədə “VAZ-2107”-nin sürücüsü E. Qasımov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir