​​​​​​​Kürdəmirdə 38 yaşlı qadın əməliyyatdan sonra ölüb

Kürdəmir rayonunda xəstə əməliyyatdan sonra ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Pərvanə Alı Abdullayeva xəstəxanada appendektomiya əməliyyatı olunub. Əməliyyatdan sonra halı pisləşən P. Abdullayeva xəstəxanada vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qadının meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir