Kuleba:Putinin Ukraynadakı müharibəni sonlandırmaq istəyi yoxdur

“Hazırda Putinin Ukraynaya qarşı təcavüzə son qoymaq istəyi yoxdur”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın müharibəni hazırkı döyüş xəttində dayandırmağa hazır olması ilə bağlı yayılan xəbərlərə münasibətində deyib.

Ukrayna XİN rəhbərinin sözlərinə əsasən, “Putin 15-16 iyunda İsveçrədə keçiriləcək Sülh Sammitini ümidsizcə pozmağa çalışır”.

Kuleba bildirib ki, yalnız “qlobal ictimaiyyətin prinsipial və vahid səsi Putini müharibə əvəzinə sülhü seçməyə məcbur edə bilər”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir