Kuleba və Stoltenberq arasında telefon danışığı baş tutub

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Kuleba “Twitter”də bildirib.

“Bugünkü telefon danışığımız zamanı mən Yens Stoltenberqə NATO-nun Vilnüs sammitinin uğurlu keçməsi üçün göstərdiyi səylərə görə təşəkkür etdim. Ukrayna NATO-nun bütün müttəfiqlərini Ukraynanın Alyansa üzvlüyünə dair aydınlıq gətirmək vaxtının gəlib çatdığına inandırmaq üçün onlarla fəal işləməyə davam edir”, – Kuleba vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir