Kuleba və Stoltenberq arasında telefon danışığı baş tutub

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Dmitri Kuleba “Twitter”də paylaşım edib.

“NATO Baş katibi Yens Stoltenberq ilə telefon danışığımız oldu. Biz Vilnüsdəki sammitin uğurlu olması üçün Baş katib və NATO ölkələrinin paytaxtları ilə sıx əməkdaşlıq edirik. Biz bütün diqqətimizi NATO-nun Ukraynanın üzvlük perspektivi ilə bağlı qərarının mümkün məzmununa yönəltdik. Ukrayna NATO üçün dəyərdir, biz onu daha da gücləndirəcəyik”, – Kuleba yazıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir