Kuleba: Ukrayna Rusiya ilə danışıqlara hazırdır

Ukrayna tərəfi Rusiya ilə danışıqlara hazırdır.

 

Azinformasiya.az  “Xinhua“ Agentliyinə istinadən xəbər verir ki, bunu Çinə səfəri zamanı Ukrayna xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van İ ilə görüşündə bildirib.

Onun sözlərinə əsasən, aparılacaq müzakirələr rasional və əməli nəticələrə malik olmalıdır.

Qeyd edək ki, keçən həftə Ukraynanın prezidenti Vladimir Zelenski də rəsmi Moskva ilə müzakirələrin mümkünlüyü barədə açıqlama verib.

V. Zelenski bildirib ki, Rusiya lideri Vladimir Putinlə istənilən vaxt görüşməyə hazırdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir