Ukrayna və Ermənistan XİN başçıları arasında telefon danışığı olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “X” platformasında yazıb.
Kuleba Ukrayna və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinin dinamikasını müzakirə etmək üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon əlaqəsi saxladığını bildirib.
Ukrayna XİN başçısı Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya prosesini alqışladığını vurğulayıb.
O, həmçinin, qeyd edib ki, Ukrayna və Ermənistan Xarici İşlər nazirlikləri arasında qarşılıqlı maraq doğuran geniş spektrli mövzular üzrə siyasi məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.
Azinformasiya.az