Kremlin sözçüsü: Putin və Paşinyan arasında qapalı görüş bir neçə saat çəkib

Moskvada aprelin 1-də Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı qapalı danışıqlar səmimi və vacib olub.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Putin və Paşinyan bir neçə saat söhbət ediblər.

Kremlin sözçüsü danışıqları səmimi, faydalı və zəruri adlandırıb.

“Tərəflər, xüsusən də Ermənistanda qarşıdan gələn seçkilər və gündəlikdəki əsas ticarət-iqtisadi əməkdaşlıq məsələləri kontekstində mövqelərini çatdırdılar”, Peskov vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir