Kreml Zelenskiyə cavab verib: Putin yalnız Moskvada danışıqlara hazırdır, Zaporojye AES isə iki ildir nəzarətimizdədir

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskiyə görüş təklif etməyib, Ukrayna prezidenti görüş istəyib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin Moskvada Putinlə görüşməyə razı olmamasına münasibət bildirərkən deyib.

Kremlin sözçüsü vurğulayıb ki, Rusiya (prezident Vladimir Putin-red) danışıqlar aparmağa hazırdır, lakin yalnız Moskvada.

Peskov Zelenskinin Ukrayna tərəfinin Donbass və Zaporojye Atom Elektrik Stansiyaları məsələlərində güzəştə getməyə hazır olmaması, onları döyüşsüz təslim etməyəcəkləri barədə bəyanatına da münasibət bildirib:

“Biz bu açıqlamaları görmüşük. Bu kontekstdə qeyd etmək vacibdir ki, Zaporojye Atom Elektrik Stansiyası iki ildən çoxdur ki, Rusiyanın nəzarəti altındadır. Burada yeganə sual budur ki, bu, Kiyev rejiminin stansiyanı geri almaq üçün mübarizə aparmaq niyyətində olması anlamına gəlirmi? O, stansiyaya hücum etmək niyyətindədirmi? Donbassa gəldikdə isə, cəbhədəki dinamika öz sözünü deyir. Daha nəsə əlavə etməyə dəyməz”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir