Kreml Zelenskinin “Ukraynanın Putini öldürmək hüququ var” bəyanatına münasibət bildirib

Ukrayna dəfələrlə sözdə Putinə sui-qəsd cəhdi edib.

 

Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin “The Sun” nəşrinə müsahibəsində “Ukraynanın Putini öldürmək hüququ var” bəyanatına münasibət bildirərkən söyləyib.

“Ukrayna dəfələrlə sözdə Putinə sui-qəsd cəhdi edib, lakin onlarda heç nə alınmayacaq”, – deyə Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, jurnalistin fürsət yarandığı halda Ukraynanın Putini öldürmək şansından istifadə edib-etməyəcəyi sualına Zelenski belə cavab verib: “Bu, müharibədir və Ukraynanın torpaqlarımızı müdafiə etmək hüququ var”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir