Kreml: Zelenskinin danışıqlar masası arxasına əyləşməyə hazır olduğunu müsbət qiymətləndiririk

Kreml Volodimir Zelenskinin danışıqlar masası arxasına əyləşməyə hazır olduğunu müsbət qiymətləndirir, ancaq onun Moskva ilə danışıqlara qadağa qoymasında bir nüans var.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bugünki brifinqində bildirib.

Kremlin sözçüsü rəsmi Moskvanın bunu müsbət qiymətləndirdiyini söyləyib: “Məsələ kiminlə oturmaqdır. Hələlik Ukrayna prezidentinin Rusiya tərəfi ilə danışıqlar aparmasına qanuni qadağa qüvvədə qalır. Ona görə də ümumi yanaşma müsbətdir, ancaq nüanslar hələ dəyişməyib”, – Peskov vurğulayıb.

Qeyd edək ki, 2022-ci il oktyabrın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını imzalayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir