Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar üçün Moskvaya təkrar dəvətə cavab verməyib.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Rusiya hələ ki Moskvada Zelenski ilə danışıqlar barədə danışır: “Danışıqlar üçün başqa bir məkan barədə müzakirələr yersizdir”.
Peskov qeyd edib ki, Türkiyə və BƏƏ-də Ukrayna ilə bağlı danışıqlar bir-birinin davamı deyil. Kreml rəsmisinin fikrincə, bu danışıqların məğzi fərqlidir.
Azinformasiya.az