Rusiya və Türkiyə liderləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında yaxın vaxtlarda görüş baş tutacaq.
Azinformasiya.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskov, həmçinin qeyd edib ki, görüşün dəqiq harada və nə vaxt keçiriləcəyi bir müddət sonra açıqlanacaq.
Qeyd edək ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya və Türkiyə xarici işlər nazirləri arasında Moskvada danışıqların baş tutacağını açıqlayıb.
Zaxarovanın sözlərinə əsasən, Sergey Lavrov və Hakan Fidan arasında yaxın vaxtlarda Moskvada görüş keçiriləcək, amma görüşün dəqiq tarixi qeyd olunmayıb.
Azinformasiya.az