Kreml: Ukraynanın Qara dənizdə tankerlərə endirdiyi zərbələr Türkiyənin suverenliyinə qarşı qəsddir

Kremlə aydındır ki, Xəzər Boru Kəməri Konsorsiumuna Ukrayna dronları hücum edib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Ukrayna vacib infrastruktura hücum etməyə davam edir.

Kremlin sözçüsü vurğulayıb ki, obyekt beynəlxalq əhəmiyyət kəsb etdiyindən Ukrayna dronlarının Xəzər Boru Kəməri Konsorsiumuna hücumu həddən artıq yolverilməz hadisədir.

Peskov Kremlin Xəzər Boru Kəməri Konsorsiumuna dəyən ziyanla bağlı araşdırmanın aparılıb-aparılmadığını bilmədiyini deyib.

Putinin sözçüsü Ukraynanın Qara dənizdəki tankerlərə qarşı hücumunu da yolverilməz hadisə adlandırıb: “Bu, Türkiyə Respublikasının suverenliyinə, bu gəmilərin sahiblərinin əmlakına qəsddir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir