Kreml Ukraynadakı müharibəyə son qoymaq üçün birgə planın mövcudluğunu təsdiqləməyib

Ankoricdə deyilənlərə əlavə edəcək yeni bir şey yoxdur.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukraynadakı müharibəni həll etmək üçün ABŞ-Rusiya birgə planı haqqında qərb mətbuatında yayılan məlumatlara münasibət bildirib.

Kremlin sözçüsü 28 maddəlik planın mövcudluğunu təsdiqləyib-təsdiqləməməklə bağlı suala belə cavab verib:

“Xeyr, mən yalnız bu süjetlə bağlı dəfələrlə təkrarladığımızı deyə bilərəm. Ankoricdə deyilənlərə əlavə edəcək yeni bir şeyimiz yoxdur. Bu işdə heç bir yenilik yoxdur”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir