Kreml Ukraynada mülki infrastruktura zərbə endirilməsi ilə bağlı ittihamları rədd edib

Rusiya Federasiyası Ukraynada mülki infrastruktura zərbə endirmir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml sözçüsü Kiyevin Rusiya Silahlı Qüvvələrinin zərbəsindən sonra Kramatorskda mülki əhalinin ölümü ilə bağlı ittihamlarına cavab olaraq bildirib ki, Rusiya hərbçiləri uşaqları Ukrayna Silahlı Qüvvələrinin atəşindən xilas etmək üçün risk edib.

“Moskva BMT məruzəçilərinin bu mövzuda ittihamlarını qətiyyətlə rədd edir”, deyə Peskov diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir