Kreml Ukrayna məsələsinin həlli üçün istənilən təklifə açıq olduqlarını bildirib

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafos Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Afrikanın Ukraynada nizamlanmaya töhfə vermək istədiyini deyib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Afrika ölkələrinin sülh missiyası Rusiyaya səfər edəcək, hazırda dəqiq tarixlər razılaşdırılır.

Kremlin rəsmi nümayəndəsi Rusiya Federasiyasının Ukraynadakı vəziyyəti həll etməyə kömək edəcək istənilən təklifi böyük diqqətlə dinləməyə hazır olduğunu da bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir