Rusiya iki il öncə imzalanmış üçtərəfli sənədlərə tam sadiqdir.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz ondan çıxış edirik ki, üçtərəfli razılaşmalar hələ də nizamlanma üçün mübahisəsiz əsasdır və nizamlanmaya müvəffəq olmaq üçün biz üçlüyün əldə etdiyi razılaşmaların həyata keçirilməsi yolu ilə getməliyik”, deyə Kremlin sözçüsü vurğulayıb.
Azinformasiya.az