Kreml Trampın Moskvaya qarşı mümkün sanksiyalarla bağlı açıqlamalarını şərh edib

Kreml Trampın Ukrayna ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə Moskvaya qarşı mümkün sanksiyalarla bağlı açıqlamalarını şərh edib.

 

Azinformasiya.az  xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov burada heç bir yeni element görmədiklərini söyləyib.

“Tramp ilk prezidentliyi dövründə tez-tez sanksiyalara əl atan Amerika prezidenti olub. Bu metodlar onun xoşuna gəlir. Ən azından birinci prezidentliyi dövründə onlardan xoşu gəlirdi. Beləliklə, biz bütün ritorikanı, bütün bəyanatları çox diqqətlə izləyirik. Bütün nüansları diqqətlə qeyd edirik. Biz dialoqa hazırıq. Prezident Putin bu barədə dəfələrlə danışıb. Bərabərhüquqlu dialoqa, qarşılıqlı hörmətə əsaslanan dialoqa hazırır. Bu dialoq iki prezident arasında, Trampın birinci prezidentliyi dövründə olub. Siqnalları gözləyirik, hansı ki, hələ daxil olmayıb”, deyə Kremlin sözçüsü vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir