Kreml “Taxıl sazişi”nin daha 2 ay uzadılmasını təsdiqləyib

Kreml “Taxıl sazişi”nin daha iki ay uzadılmasını təsdiqləyib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskov, həmçinin bildirib ki, “Taxıl sazişi” üzrə danışıqlarda “nisbi nəticə” var.

“Rosselxozbank”-ın SWIFT-ə qoşulma imkanlarından danışan Kreml rəsmisi, bankın “blokdan çıxarmağa bərabər” variantların işləndiyini, buna ümidlərin olduğunu söyləyib.

Həmçinin Peskovun sözlərinə əsasən, Rusiyadan ammonyakın tədarükü probleminin həlli ilə bağlı iş davam edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir