Kreml suriyalıların Rusiya bazasında olması ilə bağlı xəbərləri şərh etməkdən imtina edib

Kreml Suriyada baş verən zorakılıqlardan ciddi narahatdır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Orada zorakılıq baş verir və bu da bizi dərindən narahat etməyə bilməz. Bu narahatlıq dünyanın bir çox ölkələrində və beynəlxalq təşkilatlarda, eləcə də BMT-də paylaşılır”, – o qeyd edib.

Kremlin sözçüsü bəzi Latakiya sakinlərinin Rusiya bazasının ərazisində olması ilə bağlı xəbərləri şərh etməkdən imtina edib: “Biz bazalarla bağlı heç nə şərh etmirik”.

Qeyd edək ki, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Rusiya və ABŞ-nin Suriyadakı vəziyyətlə bağlı qapalı məsləhətləşmələr aparmaq üçün BMT Təhlükəsizlik Şurasına sorğu göndərdiklərini açıqlayıb.

Peskov vurğulayıb ki, bu cür məsləhətləşmələr mümkün qədər tez aparılmalıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir