Niderlandın Baş naziri Mark Ruttenin NATO-nun Baş katibi postuna seçilməsi çətin ki, alyansın Rusiyaya qarşı düşmənçilik xəttini dəyişsin.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Çətin ki, bu seçim NATO-nun və Atlantik Alyansının üzvlərinin ümumi xəttində nəyisə dəyişsin. Alyans, Rusiya Federasiyasının strateji sıxışdırılması məqsədi güdür. Hazırda bu, bizim üçün düşmən ittifaqıdır”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Azinformasiya.az