Rusiya Federasiyasının Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz və bu cür şayiələri yayanlar yalançıdır.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.
Onun sözlərinə əsasən, Rusiya Federasiyası başqa ölkələrin daxili işlərinə və seçki proseslərinə qarışmır.
Kremlin sözçüsü, həmçinin Moskva-Ankara münasibətlərindən danışıb. Bildirib ki, Rusiya Federasiyası Türkiyə ilə münasibətləri yüksək qiymətləndirir. Peskovun sözlərinə görə, Ankara bir sıra regional və qlobal problemlərdə məsuliyyətli mövqe tutur.
Azinformasiya.az