Rusiyanın Afrika ilə münasibətləri üçüncü ölkələrə qarşı yönəlməyib.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın bu qitədə sabitliyi pozacağı ilə bağlı sözlərini şərh edərkən bildirib.
“Bu münasibətlər heç bir şəkildə üçüncü ölkələrə qarşı yönəlməyib və yönələ bilməz. Lakin biz də istəməzdik ki, bu münasibətlər əslində kiminsə narahatçılığına səbəb olsun”, – deyə Peskov diqqətə çatdırıb.
Azinformasiya.az