Kreml: Rusiya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana minnətdardır

İrandan Rusiya vətəndaşlarının təxliyəsi Azərbaycan vasitəsilə həyata keçirilir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Moskva əlverişli şərait yaratdığına görə Bakıya minnətdardır.

“Tehrandakı səfirliyimiz çox böyük kordinasiya işi aparır. Onlar bütün fəaliyyəti kordinasiya edirlər, Tehranda olan vətəndaşlarımızın təxliyyə imkanı təmin olunur. Təxliyyə Azərbaycanla sərhəd nəzarət buraxılış məntəqəsindən həyata keçirilir. Azərbaycanlı dostlarımız maksimal dərəcədə əlverişli şərait yaradır. Buna görə biz onlara çox minnətdarıq. Bu iş 24 saat davam edir”, – Kreml sözçüsü vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir