Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək.
Azinformasiya.az xəbər verir ki, Kreml Suriya Prezidentinin Rusiyaya səfər edəcəyini təsdiqləyib.
Məlumata əsasən, sabah Rusiya Prezidenti Vladimir Putin Moskvada işgüzar səfərdə olacaq Suriya Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq.
Qeyd olunub ki, Putin-əl-Şaraa görüşündə ikitərəfli əlaqələr, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
Azinformasiya.az