Rusiya və ABŞ-nin texniki qrupları arasında danışıqlar həqiqətən də yaxın günlərdə, şərti olaraq gələn həftənin əvvəlində baş tuta bilər.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, danışıqlarla bağlı son detallar hazırda razılaşdırılır.
Peskov yaxın günlərdə Rusiya və ABŞ danışıqlarının digər məsələlərlə yanaşı, “Qara dəniz təşəbbüslərinin” yenilənməsinə də həsr olunacağını vurğulayıb.
Kreml sözçüsü Moskvanın Vaşinqtonla ekspertlər səviyyəsində danışıqların davam edəcəyinə ümid etdiyini söyləyib.
“Danışıqların ekspertlər səviyyəsində davam edəcəyini və yaxın günlərdə də davam edəcəyinə ümid edirik. Bu, müzakirə olunub. Xüsusilə, prezidentlər bu cür danışıqların zəruriliyindən danışıblar. Belə danışıqlarda ölkələri kimin təmsil edə biləcəyindən danışıblar. Bu mövzuya həqiqətən də toxunulub”, – Kreml rəsmisi Rusiyanın əsas danışıqçısının kimin olacağı sualına cavabında bildirib.
Azinformasiya.az