Kreml: Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün sabah İstanbulda olacaq

Rusiya nümayəndə heyəti cümə axşamı, yəni sabah Ukrayna nümayəndə heyətini İstanbulda gözləyəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml rəsmisi İstabula gedəcək nümayəndə heyətinin tərkibi açıqlamayıb.

“Planda heç nə dəyişməyib. Prezidentdən müvafiq göstəriş alan kimi bunu edəcəyik. Ancaq mən bir daha təsdiqləyə bilərəm ki, mayın 11-də prezidentin bəyanatında deyilənlər öz aktuallığını qoruyub saxlayır. Həqiqətən də, Rusiya nümayəndə heyəti Ukrayna nümayəndə heyətini mayın 15-də İstanbulda gözləyəcək”, – Peskov vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir